Bank Of Baku

Beynəlxalq İnsan Hüquqları günü Bakıda avtoyürüşlə qeyd olunacaq

Beynəlxalq İnsan Hüquqları günü Bakıda avtoyürüşlə qeyd olunacaq
# 06 dekabr 2007 10:59 (UTC +04:00)
10 dekabr - Beynəlxalq İnsan Hüquqları günü münasibətlə “İnsan Hüquqları XXI əsr-Azərbaycan” Fondu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ilə birgə Bakı şəhərində avtoyürüş təşkil edəcək. Fonddan APA-ya verilən məlumata görə, məqsəd vətəndaşlara öz hüquqlarını bir daha xatırlatmaq, Azərbaycanda insan hüquqları və demokratiyanı təbliğ etmək, bu sahəyə olan marağı daha da artırmaq, eləcə də Azərbaycanda insan haqları sahəsinə xüsusi önəm verilməsini bütün dünyaya nümayiş etdirmək və bu günün qeyd edilməsini bütün dünyada olduğu kimi, Azərbaycanda da ənənəyə çevirməkdən ibarətdir. Planlaşdırılan avtoyürüşdə 10 avtomobilin iştirak etməsi nəzərdə tutulur. Avtomobillər insan haqları ilə bağlı şüarlarla bəzədiləcək və DYP patrul maşınının müşayiəti ilə gün ərzində şəhərdə dövr edəcəklər. Yürüş iştirakçıları insanların sıx olduğu yerlərdə dayanaraq, insan hüquqlarına dair ədəbiyyatlar paylayacaqlar. Aksiyanın başlanma vaxtı 10 dekabr 2007-ci il saat 10.00-a müəyyən edilib. Avtoyürüşün start yeri BMT-nin Bakı nümayəndəliyinin yaxınlığında - Dağüstü parkın aşağı hissəsində olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR