Bank Of Baku

“Azərbaycanda yerli demokratiya həftəsi”nin yekunları barədə dəyirmi masa keçirilib

“Azərbaycanda yerli demokratiya həftəsi”nin yekunları barədə dəyirmi masa keçirilib
# 07 dekabr 2007 10:51 (UTC +04:00)
Azərbaycan Regional İnkişaf Mərkəzi (ARİM) noyabrın 5-dən 11-dək keçirilmiş “Azərbaycanda yerli demokratiya həftəsi”nin yekunları barədə dəyirmi masa təşkil edib. APA-nın məlumatına görə, mərkəzin rəhbəri Çingiz İsmayılov bu həftəliyin Azərbaycanda ilk dəfə keçirildiyini, Sumqayıt, Yasamal, Mehdiabad və Güzdək bələdiyyələrində monitorinq aparıldığını bildirib. O, monitorinq zamanı sorğu da keçirdiklərini deyib. Sorğuda sakinlərə bələdiyyə sədrinin adı, bələdiyyələrin fəaliyyət sahəsi, hər hansı problemin bələdiyyə tərəfindən həlli və digər məsələlərlə bağlı suallar verilib. Ç. İsmayılov qəsəbə bələdiyyələrinin ərazisində sorğunun uğursuz nəticələndiyini söyləyib: “Qəsəbələrdə yaşayan insanlar ümumiyyətlə, suallara cavab vermək istəmədilər”. Mərkəz rəhbəri digər bələdiyyələrdə keçirilən sorğuların nəticələrinin ürəkaçan olmadığını vurğulayıb. Belə ki, respondentlərin 90 faizi bələdiyyə sədrinin adını bilməyib.
Ancaq Mehdiabad bələdiyyəsini sədri Natiq Dünyamalıyev deyilənlərdən fərqli olaraq “Yerli demokratiya həftə”sinin yüksək səviyyədə keçdiyini və uğurlu alındığını bəyan edib. Onun sözlərinə görə, sadəcə, əhali passivdir: “Həmin həftə müddətində bizim qoyduğumuz poçt qutusuna cəmi bir məktub atıldı, o da bizə aidiyyəti olmayan məsələ ilə bağlı idi”. Sumqayıt bələdiyyəsinin sədr müavini Akif Kərimov isə son vaxtlar bələdiyyələrin haqsız olaraq tənqid hədəfinə çevrildiyini deyib. O, mərkəzin monitorinqi xəlvəti keçirməsini düzgün saymayıb: “Bununla bağlı əvvəlcədən bizə xəbər verilsəydi, daha yaxşı olardı. Nöqsanları aradan qaldırmaq üçün daha düzgün yollar tapılmalıdır. Digər tərəfdən, əhalinin bələdiyyələrlə bağlı xəbərsiz olduğu bildirilir. Məgər əhalinin QHT-lərin, digər təşkilatların işi haqda kifayət qədər məlumatı var? Problem bələdiyyələrdə deyil”. Dəyirmi masada iştirak edən digər bələdiyyə sədrləri və ekspertlər də mövzuya dair fikirlərini açıqladılar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR