Bank Of Baku

Zaqatalada Qarabağ əlili üçün tikilmiş yeni yaşayış evinin açılış mərasimi keçirilib

Zaqatalada Qarabağ əlili üçün tikilmiş yeni yaşayış evinin açılış mərasimi keçirilib
# 07 dekabr 2007 16:10 (UTC +04:00)
Bu gün Zaqatalada Qarabağ əlili üçün tikilmiş yeni yaşayış evinin açılış mərasimi keçirilib. Zaqatala Rayon İcra Hakimiyyətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, açılış mərasiminə rayon ictimaiyyəti ilə bərabər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü də qatılıb. 3 otaqlı fərdi yaşayış evinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra mənzilin açarları rayon sakini, 2-ci qrup Qarabağ əlili Elçin Hüseynova təqdim olunub. Bundan başqa, Qarabağ əlilinə televizor və bir sıra məişət əşyaları da hədiyyə edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR