Bank Of Baku

Zaqatalada Qaçqınlar və sığınacaq axtaran şəxslərlə bağlı regional seminar keçirilib

Zaqatalada Qaçqınlar və sığınacaq axtaran şəxslərlə bağlı regional seminar keçirilib
# 07 dekabr 2007 16:12 (UTC +04:00)
Zaqatalada Qaçqınlar və sığınacaq axtaran şəxslərlə bağlı regional seminar keçirilib. Zaqatala Rayon İcra Hakimiyyətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, seminar Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar Üzrə Ali Komissarlığının (QÜAK) ölkəmizdəki nümayəndəliyinin təşəbbüsü ilə təşkil olunub. Tədbirə regionun hüquq-mühafizə orqanlarının nümayəndələri, təşkilat və müəssisə rəhbərləri qatılıb. Seminar əsnasında BMT-nin QÜAK-nın hüquq təlimləri üzrə koordinatoru Mahir Səfərli və Aydın Kərimov məruzə ilə çıxış ediblər. Onlar ölkəmizdə qaçqınlarla bağlı yaranmış olan problemlərdən söhbət açaraq, başqa ölkələrdən Azərbaycanda sığınacaq almış şəxslərə göstərilən dövlət qayğısından danışıblar. Tədbir fikir mübadiləsi ilə davam etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR