Bank Of Baku

Azərbaycanda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin ildönümünün bir il ərzində qeyd edilməsinə start veriləcək

Azərbaycanda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin ildönümünün bir il ərzində qeyd edilməsinə start veriləcək
# 07 dekabr 2007 16:23 (UTC +04:00)
Dekabrın 10-da Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 60 ili tamam olacaq. Bu münasibətlə Birləşmiş Millətlər Təşkilatı 10 dekabrda tarixində bir il davam edəcək İnsan Hüquqları Günü qlobal kampaniyasına start verəcək. Qlobal kampaniyanın mövzusu “Ləyaqət və ədalət - hamımız üçün” adlanır. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya bildirilib ki, təşkilatın baş katibi Ban Ki Mun bu günlə bağlı müraciət yayıb. Müraciətdə bildirilir: “Bəyannamə qəbul olunduğu gündə olduğu kimi, bu gün də öz aktuallığını saxlayır. Həmin sənəddə öz əksini tapan əsas azadlıqlar hələ də hamı üçün bir reallıq deyil. Hökumətlər dəfələrlə onların həvəslə qəbul etdikləri beynəlxalq normaları icra etməkdə siyasi iradə göstərə bilmirlər. Bu ildönümü ili bizə bu iradəni gücləndirmək üçün imkan yaradır. O, insan hüquqlarını gündəlik bir reallığa çevirmək, yəni onların hər yerdə və hər bir kəs tərəfindən öyrənilməsi, başa düşülməsi və istifadə olunması üçün bir imkandır”.
Qlobal kampaniyanın bir hissəsi kimi BMT-nin İctimai İnformasiya Departamenti Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili ilə tərəfdaşlıq çərçivəsində xüsusi tədbir təşkil edəcək. Tədbirdə uşaq rəsmləri və jurnalist məqalələri üzrə elan edilmiş “Mən və hüquqlarım” və “Hüquqlar - hamı üçün!” mövzularında keçirilən iki müsabiqəyə yekun vurulacaq. Qeyd edək ki, BMT Baş Assambleyası 1948-ci ildə əsarət və ayrı-seçkilikdən müdafiə məqsədilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR