Bank Of Baku

Azərbaycan Avstriyada keçirilən “Kasset-klaster döyüş sursatları üzrə beynəlxalq konfrans”da iştirak edib

Azərbaycan Avstriyada keçirilən “Kasset-klaster döyüş sursatları üzrə beynəlxalq konfrans”da iştirak edib
# 10 dekabr 2007 08:03 (UTC +04:00)
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı dekabrın 4-dən 7-dək Avstriyanın Vyana şəhərində “Oslo Bəyannaməsi” çərçivəsində “Kasset-klaster döyüş sursatları üzrə beynəlxalq konfrans”da iştirak edib. ANAMA-n ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanı Xarici İşlər Nazirliyinin təklifi ilə agentliyin Əməliyyatlar departamentinin rəhbəri Emil Həsənov təmsil edib.
Konfransda kassetli sursatlardan istifadənin göstərdiyi ağır nəticələr və onlardan istifadənin tam dayandırılması haqqında müzakirələr aparılıb. Konfransda 138 ölkənin nümayəndəsi iştirak edib. Konfransların davamı olaraq, gələcək tədbirin 2008-ci ildə Yeni Zelandiya və İrlandiyada, yekun sənədin qəbul olunmasına dair tədbirin isə 2008-ci ilin sonunda Oslo şəhərində keçirilməsi qərara alınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR