Bank Of Baku

“Dalğa” Gənclər Hərəkatı bu həftəni “İnsan Haqları Həftəsi” elan edib

“Dalğa” Gənclər Hərəkatı bu həftəni “İnsan Haqları Həftəsi” elan edib
# 11 dekabr 2007 08:29 (UTC +04:00)
“Dalğa” Gənclər Hərəkatı həftə boyunca silsilə tədbirlər keçirəcək. Hərəkatdan APA-ya daxil olan məlumata görə, “Dalğa” dekabrın 10-dan 16-dək olan həftəni “İnsan Haqları Həftəsi” elan edib. Həftə ərzində müxtəlif tədbir və aksiyaların keçirilməsi nəzərdə tutulur. Həftənin ilk günü, yəni dekabrın 10-da “Dalğa”nın mərkəzi ofisində Güney Azərbaycandan gələn “Zeytoon rock” qrupunun iştirakı ilə müzakirə təşkil olunub. Həftənin ikinci günündə hərəkat üzvləri Azərbaycanda və dünyada fəaliyyət göstərən beynəlxalq təşkilatlara ölkəmizdəki insan haqlarının vəziyyəti ilə bağlı məlumat göndərməyi planlaşdırır. Avropa Evinin Bakı ofisində isə “Dalğa”nın rəhbərliyi ilə Avropa Evinin koordinatoru xanım İnqrid Angela Qössingerlə görüş keçiriləcək. Həftənin 3-cü günü “Dalğa”nın ofisində tanınmış vəkil İsaxan Aşurov və Rəşid Hacılının iştirakı ilə “Hüquqlarımızı necə qorumalıyıq?” mövzusunda seminar keçiriləcək. Həftənin 4-cü günündə hüquq müdafiəçilərinin iştirakı ilə “Dalğa”nın mərkəzi ofisində “İnsan Haqlarının müqəddəsliyi“ mövzusunda dəyirmi masa təşkil olunacaq. Həftənin 5-ci günündə “Biz susaqmı?” şüarı ilə aksiya keçiriləcək. “İnsan Haqları Həftəsi”nin 6-cı günündə Qadın Krizis Mərkəzinin dəstəyi ilə “Qadın hüquqları” mövzusunda seminar təşkil olunacaq. Həftənin son günündə isə “Həmrəylik PARTY-si” təşkil olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR