Bank Of Baku

Ucar rayon Qaz İstismarı İdarəsinin əməkdaşları üç aydır maaş almır

Ucar rayon Qaz İstismarı İdarəsinin əməkdaşları üç aydır maaş almır
# 11 dekabr 2007 10:36 (UTC +04:00)
Ucar rayon Qaz İstismarı İdarəsinin əməkdaşları üç aydır maaş almır. İdarənin baş mühasibi Salik Cəbrayılov APA-nın Aran bürosuna bildirib ki, buna səbəb əhalidən qaza görə yığılan aylıq abunə haqqının işçilərin məvacib fondundan az olmasıdır: “Məvacib fondumuz 10 min manata yaxın olduğu halda, istehlakçılardan yığılan pul 8-9 min manat təşkil edir”. S. Cəbrayılov qeyd edib ki, ödəniş haqqının az yığılmasına səbəb 4340 qaz istehlakçısı olan rayonda oğurluq hallarının qarşını almaq sahəsində yaranan çətinliklərdir. Onun sözlərinə görə, indiyədək qaz oğurluğu faktına görə 4 nəfər aşkarlanıb və məhkəmə tərəfindən cərimələnib.
Bununla yanaşı, istehlakçılar da normal səviyyədə qazla təmin olunmadıqlarından şikayətlənirlər. Məsələyə aydınlıq gətirən S. Cəbrayılov istehlakçıların qazdan istifadəyə görə ümumilikdə 60 min manat borclu olduğunu deyib: “Ona görə də əhaliyə normal həddə qaz verə bilmirik. Dövlət tərəfindən kömək olmasa, nə əhaliyə qaz, nə də işçilərimizə maaş verə biləcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR