Bank Of Baku

Naxçıvanda Araz çayı boyunca sahilbərkitmə işləri aparılır

Naxçıvanda Araz çayı boyunca sahilbərkitmə işləri aparılır
# 11 dekabr 2007 12:12 (UTC +04:00)
Naxçıvanda Araz çayı boyunca sahilbərkitmə işləri aparılır. APA-nın Naxçıvan bürosunun xəbərinə görə, indiyədək Şərur və Sədərək rayonları ərazisində 8590 metr məsafədə sahilbərkitmə işləri başa çatıb. Naxçıvan MR Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyindən bildirilib ki, ötən müddət ərzində Şərur rayonunun Araz çayı ilə sərhəd Diyadin kəndi ərazisində 2300, Qarahəsənlidə 3270, Kərimbəylidə 520, Sədərək rayonu ərazisində isə 400 metr məsafədə işlərin başa çatdırıldığı bildirilir. Rayonun Alışar kəndi ərazisində isə 1900 metr ərazidə isə bərkitmə tədbirləri yekunlaşmaq üzrədir. Növbəti mərhələdə uzunluğu 1900 metr təşkil edən “Kərimbəyli-1” və 1400 metr məsafədə “Kərimbəyli-2” adlanan ərazilərdə də sahilbərkitmə işləri başa çatdırılacaq. Təşkilatdan hesab edirlər ki, görülən işlər kənd ərazilərində torpaq yuyulmasının, bütövlükdə əkilməyən torpaqların şoranlaşmasının qarşısının alınmasına imkan verəcək. Əkin zamanı görülən işlərin nəticəsi olaraq təkcə Şərur rayonu ərazisində 200 hektar sahə əkin dövriyyəsinə daxil ediləcək. Qeyd edək ki, qeyd olunan ərazilərdə sahilbərkitmə tədbirləri 2004-cü ilin iyun ayında keçirilən tenderin qalibi olmuş Şərur rayon Suvarma Sistemləri İdarəsi tərəfindən həyata keçirilir. Prosesə həmin ilin sentyabrın ayından başlanılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR