Bank Of Baku

“İnkişaf və Keçid Dövrü” bülletenin növbəti buraxılışı işıq üzü görüb

“İnkişaf və Keçid Dövrü” bülletenin növbəti buraxılışı işıq üzü görüb
# 12 dekabr 2007 08:10 (UTC +04:00)
APA-nın məlumatına görə, BMT İnkişaf Proqramı və London İqtisadiyyat Məktəbinin birgə nəşri olan bülletenin sonuncu buraxılışında Patrisiya Ester Marqitin müəllifi olduğu məqalədə Mərkəzi və Cənub-Şərqi Avropada, MDB ölkələrində qadınların böyük bir hissəsinin yoxsulluq və işsizlik şəraitində iqtisadi çətinliklərdən əziyyət çəkdikləri göstərilib. BMT İnkişaf Proqramının Bratislavadakı Regional Mərkəzinin direktoru Ben Sley isə kişilər arasında ölüm hallarının narahatedici tendensiyalarına daha böyük demoqrafik kontekstdə baxır. Onun fikrincə, hazırda Rusiyada mövcud olan bu tendensiya regionun digər bir çox ölkəsi üçün xarakterik deyil. Sley yazır ki, Rusiyanın narahatlıq doğuran ölüm halları tendensiyalarının bir çoxu Sovet İttifaqının süqutundan bir neçə onillik öncə başladığından onları təkcə post-sovet keçid dövrü ilə bağlamaq düzgün deyil. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR