Bank Of Baku

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin nəzdində kompüter kursu açılıb

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin nəzdində kompüter kursu açılıb
# 13 dekabr 2007 14:33 (UTC +04:00)
Bu gün “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin nəzdində I Qarabağ müharibəsi zamanı əsir və itkin düşən, girov götürülən, erməni əsir və girovluğundan azad edilən azərbaycanlıların övladları üçün kompüter kursu açılıb. APA-nın məlumatına görə, birliyin sədri Esmira Orucova kursun Türk İş adamları və İnkişaf Agentliyi (TİKA) Bakı Proqram Koordinatorluğunun maliyyə dəstəyi ilə yaradıldığını bildirib. Onun sözlərinə görə, kursa 8 kompüter dəsti, 8 kompüter stolu və kreslo verilib. TİKA-nın Bakı Proqram Koordinatoru Serhat Küçükkurt isə çıxışında Qarabağ müharibəsi zamanı əsir və itkin düşən azərbaycanlıların övladlarına yardım göstərməyi vacib hesab etdiklərini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR