Bank Of Baku

QHT-lər Avropa Şurasının AZPAK layihəsində tərəfdaş kimi çıxış edəcəklər

QHT-lər Avropa Şurasının AZPAK layihəsində tərəfdaş kimi çıxış edəcəklər
# 13 dekabr 2007 15:41 (UTC +04:00)
Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev Avropa Şurasının “Azərbaycanın Korrupsiyaya qarşı Mübarizə Srtategiyasına Dəstək” (AZPAK) layihəsinin uzunmüddətli məsləhətçisi Karlos Querrero ilə görüşüb. Şəbəkənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan vətəndaş cəmiyyəti institutlarının AZPAK layihəsində tərəfdaş kimi iştirakı məsələsi müzakirə olunub. Ə. Nuriyev AZPAK layihəsinin fəaliyyət planının icrasında vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə bağlı konkret təklifləri ekspertin diqqətinə çatdırıb. O bildirib ki, şəbəkə fəaliyyət planında müxtəlif istiqamətlər üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsində tərəfdaş kimi çıxış etməyə hazırdır.
Qeyd edək ki, AZPAK layihəsi USAİD-in maliyyə dəstəyi ilə Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizə strategiyasına dəstək məqsədilə iki il ərzində həyata keçiriləcək. Layihənin dəyəri 800 min dollardır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR