Bank Of Baku

2006-cı il üzrə ümumdünya fəlakətlər hesabatı açıqlanıb

2006-cı il üzrə ümumdünya fəlakətlər hesabatı açıqlanıb
# 14 dekabr 2007 10:23 (UTC +04:00)
Sənəddə bildirilir ki, əksər hallarda bilməyərəkdən ayrı-seçkiliyə məruz qalan qruplar arasında qocalar, əlillər, müxtəlif azlıqlar və qadınlar üstünlük təşkil edir: “Adətən bu insanların rəyi ilə maraqlanan yaxud onların nə düşündüyünü xəbər alan çox az olur. Ayrı-seçkiliyin bu cür qrupların yaşadıqları cəmiyyət və öz ailələri daxilində formalaşaraq yayılması mövcud problemi daha da çətinləşdirir”. Hesabata görə, 2006-cı ildə dünya üzrə 427 təbii fəlakət qeydə alınıb ki, bu rəqəm də 2005-ci ilin müvafiq göstəricisinə (433) çox yaxındır. 2005-ci illə müqayisədə bu fəlakətlərin təsirinə məruz qalanların sayı (142 milyon) 10 faiz aşağı düşüb, qeydə alınmış ölüm hallarının sayı isə (23,833) təqribən 75 faiz azalıb. 2006-cı ildə texnoloji fəlakətlərin sayı (297) 2005-ci ildəki müvafiq göstərici ilə müqayisədə 20 faiz az olub, fəlakət qurbanlarının sayı (9,900) 15 faiz azalıb. Fəlakətin təsirinə məruz qalmış insanların sayı isə 100 mindən 172 minə qədər artıb. Keçən ilin ən ölümcül fəlakəti 5,778 nəfərin ölümü ilə nəticələnmiş İndoneziyanın Yoqiakarta şəhərində 2006-cı ilin mayında baş vermiş zəlzələ olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR