Bank Of Baku

Bakıda partlayıcı oyuncaqların satışının və istifadəsinin qarşısını almaq üçün reydlərə başlanılıb

Bakıda partlayıcı oyuncaqların satışının və istifadəsinin qarşısını almaq üçün reydlərə başlanılıb
# 14 dekabr 2007 10:51 (UTC +04:00)
Bu barədə APA-ya Bakı şəhər Ticarət və İstehlak Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib. Onun sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyəti başçısının 17 dekabr 2001-ci ildə imzaladığı partlayıcı oyuncaqların, fişənglərin satışı və istifadəsinin qarşısının alınması ilə bağlı sərəncamı qüvvədədir: “Həyata keçirilən tədbirlər bu sərəncama əsaslanır. Çünki bu iş şəhər əhalisinin narahatlığına səbəb olur. Həmin maddələr yüksək səsgücləndirici qabiliyyətə malikdir və onların istifadəsi yolverilməzdir”. Ə. Bağırovun sözlərinə görə, bu partlayıcı maddələr və fişənglər xarici ölkələrdən gətirilir: “Gömrük orqanlarının səyi nəticəsində son illər həmin maddələrin ölkəyə gətirilməsi hallarının minimuma enməsinə baxmayaraq, satışda hələ də belə partlayıcı maddələr var. Bu maddələrin satışı ilə məşğul olanlar İnzibati Xətalar Məcəlləsinin 240-cı maddəsi ilə şərti maliyyə vahidinin 15 mislindən 50 mislinə qədər cərimə edilirlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR