Bank Of Baku

Bakıda ən böyük yolka Azadlıq meydanında qurulacaq

Bakıda ən böyük yolka Azadlıq meydanında qurulacaq
# 14 dekabr 2007 11:02 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov Yeni il bayramı ilə bağlı tədbirlərin keçirilməsi, şəhərin bəzənməsi və yolkaların qurulması barədə sərəncam imzalayıb. BŞİH-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncama əsasən, mərkəzi küçələrin bəzədilməsi qurumun reklam idarəsinə tapşırılıb. Bundan əlavə Bakının müxtəlif yerlərində 25 böyük yolkanın qurulması nəzərdə tutulub. Yolkaların qurulması isə Bakı şəhər Ticarət və İstehlak Departamentinə həvalə olunub.
Departamentin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırovun APA-ya verdiyi məlumata görə, şəhərin 25 metr hündürlüyündə əsas yolkası Azadlıq meydanında qurulacaq. Cavid bağında da böyük yolkanın qurulacağını deyən Ə. Bağırov artıq bu prosesə start verildiyini deyib. Ötən il “Azneft” meydanında qurulmuş yolkanın güclü külək nəticəsində uçduğunu xatırladan Ə. Bağırov bu dəfə yolkaların küləyə davam gətirməsi üçün əvvəlcədən tədbirlər görüldüyünü qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR