Bank Of Baku

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının nümayəndə heyəti Amerikada səfərdə olub

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının nümayəndə heyəti Amerikada səfərdə olub
# 14 dekabr 2007 11:41 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) nümayəndə heyətinin ABŞ səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, assosiasiyasının vitse-prezidenti Vəli Əlibəyov bildirib ki, nümayəndə heyəti noyabrın 28-dən dekabrın 4-dək həyata keçirilən səfər çərçivəsində bu ölkənin nüfuzlu QHT ilə görüşüb. Səfər zamanı 38 görüş keçirdiklərini deyən V. Əlibəyovun sözlərinə görə, bu görüşlərin 17-si ABŞ konqresində və senatında baş tutub. O, səfər zamanı Avrasiya Fondunda, ABŞ Xarici Əlaqələr Şurasında, Beynəlxalq Jurnalistika Mərkəzində və digər ictimai qurumlarda olduqlarını da diqqətə çatıdırıb: “Konqresdəki görüşlər zamanı iki konqresmen Cin Qrin və xanım Dayana Vatsona Azərbaycan həqiqətləri haqda məlumat verdik. Bu şəxslərin konqresdə mövcud olan Azərbaycan dostluq qrupuna üzvlüyünə nail olduq”. Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru Məmməd Məmmədov isə bildirib ki, ABŞ-da cəmiyyətdə, hətta konqresdə Azərbaycan haqqında məlumatsız insanların sayı olduqca çoxdur: “Amma Dövlət Departamentində və bəzi ictimai təşkilatlarda isə Azərbaycanda gedən proseslər diqqətlə izlənilir. Amerikalılar hesab edirlər ki, bu məlumatsızlığın günahkarı azərbaycanlılardır. Çünki azərbaycanlılar ölkələri haqda düzgün məlumatları amerikalılarla çatdıra bilmirlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR