Bank Of Baku

De-institusionalizasiya və alternativ qayğı Dövlət Proqramı ilə bağlı müzakirələr keçirilib

De-institusionalizasiya və alternativ qayğı Dövlət Proqramı ilə bağlı müzakirələr keçirilib
# 14 dekabr 2007 12:12 (UTC +04:00)
Bu gün Təhsil Nazirliyi Açıq Cəmiyyət İnstitutunun Əqli Sağlamlıq Təşəbbüsü təşkilatı ilə birlikdə de-institusionalizasiya və alternativ qayğı Dövlət Proqramı mövzusunda müzakirələr keçirilib. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov proqramın 2006-cı ildən həyata keçirilməyə başlandığını, indiyədək müəyyən işlər görüldüyünü deyib. Nazir bu günə kimi 200-dən çox uşağın ailələrə verildiyini, onların gələcək taleyinin nəzarətdə saxlanıldığını bildirib. Onun sözlərinə görə, sağlamlığı məhdud olan uşaqların təhsil aldığı 50-dək məktəbdə 14840 uşaq var. M. Mərdanov uşaqların ailələrə verilməsi ilə bağlı xüsusi bankın yaradılmasına, bu işin mexanizminin dəqiq müəyyən edilməsinə böyük ehtiyac olduğunu söyləyib. Tədbirdə “Uşaqlar üçün keyfiyyət standartları” layihəsi də təqdim olunub. 1,5 milyon dollar dəyərində olan bu layihə evdən kənar qayğı sistemində yaşayan uşaqların vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR