Bank Of Baku

Türk Törə Ocağının “San yarlığı” mükafatının laureatlarının adları açıqlanıb

Türk Törə Ocağının “San yarlığı” mükafatının laureatlarının adları açıqlanıb
# 17 dekabr 2007 10:47 (UTC +04:00)
Türk Törə Ocağının Bilgilər Məclisi 2007-ci il üçün təşkilatın “San yarlığı” mükafatının laureatlarının adını açıqlayıb. Təşkilatın başqanı Elxan Zal Qaraxanlının APA-ya bildirdiyinə görə, professor Rüfət Rüstəmov, millət vəkili Gültəkin Hacıyeva, araşdırıcı alimlər Minaxanım Təkləli və Güllü Yoloğlu, TİKA-nın baş ofisinin əməkdaşı Əyyub Zəngin, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, jurnalist Laura Cəbrayıllı, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, şair Etimad Başkeçid, yazıçı Elçin Hüseynbəyli, müğənni İlham Əsgəroğlu və telejurnalist Yusif Günaydın bu ilin laureatları seçiliblər. Mükafatın təqdimat mərasiminin yaxın günlərdə Azərbaycanda Atatürk Mərkəzində keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 2000-ci ildə təsis edilən mükafat Azərbaycan və türk mənəvi dəyərlərinin yaşadılmasında xüsusi xidmətləri olan şəxslərə verilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR