Bank Of Baku

Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Beynəlxalq Miqrant Günü münasibəti ilə müraciət yayıb

Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Beynəlxalq Miqrant Günü münasibəti ilə müraciət yayıb
# 18 dekabr 2007 08:36 (UTC +04:00)
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktoru Brunson MakKinli Beynəlxalq Miqrant Günü münasibəti ilə müraciət yayıb. BMqT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə qeyd olunub ki, qlobal əmək miqrasiyasının uğurlu tənzimlənməsinə ən yaxşı formada miqrantların və müvəqqəti müqavilələr əsasında fəaliyyət göstərən işçilərin hüquqlarının qorunmasına təminat verən hərtərəfli və əməkdaşlıq şəraitində həyata keçirilən siyasət vasitəsi ilə nail olmaq mümkündür. BMqT-nin baş direktoru bəyan edib ki, miqrantların və müvəqqəti müqavilələr əsasında çalışan işçilərin insan hüquqlarının qorunması qlobal əmək miqrasiyası prosesində bütün tərəflərin maraqları baxımından hərtərəfli iqtisadi və insan potensialının təmin olunması üçün zəruri əhəmiyyət daşıyır. 2007-ci il ərzində inkişaf etməkdə olan ölkələrdən gəlmiş miqrant işçilər rəsmi kanallar vasitəsi ilə öz evlərinə 240 milyard ABŞ dollarından artıq vəsait göndərib, eyni zamanda təyinat ölkələrinin iqtisadi inkişafı və rifahı üçün də böyük töhfələr veriblər. MakKinli onu da qeyd edib ki, miqrantların və müqavilələr əsasında çalışan işçilərin insan hüquqlarının qorunmasına mənşə və təyinat ölkələri, əməyin hərəkətliliyi üçün maraqlı olan qurumlar və özəl sektor kimi digər vacib partnyorlar arasında yaxın tərəfdaşlıq vasitəsi ilə nail olmaq mümkündür. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR