Bank Of Baku

Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Xəqani Axundovun layiq görüldüyü “İgidliyə görə” medalı onun bacısına təqdim olunub

Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Xəqani Axundovun layiq görüldüyü “İgidliyə görə” medalı onun bacısına təqdim olunub
# 18 dekabr 2007 10:43 (UTC +04:00)
Xətai rayon İcra Hakimiyyətində (RİH) Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Xəqani Axundovun layiq görüldüyü “İgidliyə görə” medalının onun ailə üzvlərinə təqdim olunması ilə bağlı tədbir keçirilib. RİH ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsindən APA-ya daxil verilən məlumata görə, mərasimdə RİH başçısı Razim Məmmədov çıxış edərək, vətən uğrunda şəhid olmuş hər bir şəxsin xatirəsinin əziz olduğunu bildirib. Şəhidliyin uca zirvə olduğunu bildirən R. Məmmədov bu zirvənin hər kəsə nəsib olmadığını qeyd edib. Tədbirin sonunda “İgidliyə görə” medalı təntənəli şəkildə şəhidin bacısı Tovuz Axundovaya təqdim olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR