Bank Of Baku

BMT baş katibi Beynəlxalq Miqrantlar Günü ilə bağlı dünya ictimaiyyətinə müraciət edib

BMT baş katibi Beynəlxalq Miqrantlar Günü ilə bağlı dünya ictimaiyyətinə müraciət edib
# 18 dekabr 2007 11:05 (UTC +04:00)
BMT-nin baş katibi Pan Gi Mun 18 Dekabr - Beynəlxalq Miqrantlar Günü ilə bağlı dünya ictimaiyyətinə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, baş katibin müraciətində bu günün səkkizinci dəfə qeyd olunduğu qeyd edilib: “Hazırda, əvvəlki illərlə müqayisədə daha çox insan doğulduğu ölkədən kənarda yaşayır ki, bu rəqəm 2007-ci ildə 200 milyon təşkil edib. Bu rəqəmin arxasında bacarıqlı kompüter mühəndisi, qeyri-qanuni çalışan fermer, iradəsinin əleyhinə olaraq alverə məruz qalmış qadın, evini tərk etməyə məcbur olan qaçqın və digər saysız insan taleləri durur”.
Baş katib bildirib ki, əksər hallarda, daha yaxşı yaşamaq arzusu insanları miqrasiya etməyə vadar edir: “Bütün Əməkçi Miqrantların və Onların Ailə Üzvlərinin Hüquqlarının Müdafiəsinə Dair Beynəlxalq Konvensiyada çoxsaylı mühüm müdafiə tədbirləri nəzərdə tutulur, lakin bu sənəd indiyə qədər yalnız 37 ölkə tərəfindən təsdiq olunub. Mən Konvensiyanı ratifikasiya etməyən və ya ona qoşulmayan bütün üzv dövlətləri miqrantların hüquqlarının tam və effektiv müdafiəsini təmin etmək məqsədilə bu sənədi qəbul etməyə çağırıram”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR