Bank Of Baku

Lənkəranda fermerlər üçün seminar keçirilib

Lənkəranda fermerlər üçün seminar keçirilib
# 18 dekabr 2007 11:45 (UTC +04:00)
Qlobal İqtisadi Araşdırmalar Mərkəzi Lənkəranda yerli iş adamları və fermerlər üçün “Ümumdünya Ticarət Təşkilatına üzvlüyün özəl sektora verəcəyi faydalar” mövzusunda seminar keçirib .APA-nın Cənub bürosunun məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi və İqtisadi İnkişaf Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən layihənin koordinatoru Elxan Mikayılov tədbirdə çıxış edərək Azərbaycanın bu sahədə hələ ilk addımlarını atdığını deyib. O bildirib ki, Ümumdünya Ticarət Təşkilatının qoyduğu şərtlərdən biri də sektoral təşəbbüskarlıq, yəni ikitərəfli danışıqların aparılmasıdır. Azərbaycan bu sahədə ilk danışıqlarını artıq Türkiyə ilə aparıb və müsbət nəticə əldə olunub. Sonrakı danışıqlar isə ərəb dövlətləri, Çin və digər ölkələrlə aparılacaq. Əgər danışıqlarda müsbət nəticə əldə edilərsə, Azərbaycana gətirilən dərman preparatları, informasiya texnologiyaları, tikinti materiallarına tətbiq olunan rüsumlar aradan qaldırıla bilər. ÜTT üzrə ekspert İbrahim Məmmədzadə isə çıxışında qurumun əsas prinsiplərindən, təşkilata üzvlüyün ölkə, xüsusilə özəl sektor üçün faydasından danışıb.
Seminarda Lənkərandakı iş adamlarının problemləri və onların həlli yolları da müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR