Bank Of Baku

Finlandiya Gənclərinin Milli Şurasının nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Finlandiya Gənclərinin Milli Şurasının nümayəndə heyəti Azərbaycanda səfərdə olub
# 18 dekabr 2007 12:09 (UTC +04:00)
Finlandiya Gənclərinin Milli Şurası Allianssi təşkilatının nümayəndə heyəti dekabrın 15-dən 18-dək Azərbaycanda işgüzar tanışlıq səfərində olublar. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfərdə məqsəd Avropa Birliyi ölkələri hüdudlarından kənarda yerləşən qonşu dövlətlərin gənclər təşkilatları ilə tanışlıq, əlaqələrin qurulması və gələcək əməkdaşlıq olub. Səfərə Heydər Əliyevin məzarını ziyarətlə başlayan fin gənclər Bakıda keçirilən “Gənclər AİDS-ə qarşı” Milli Konfransda iştirak edib və Gənclər Təşkilatları Milli Şurasında görüşlər keçiriblər. Görüşlər zamanı hər iki ölkənin gənclərinin həyat tərzi, gənclər siyasətinin inkişaf tarixi, gənclər təşkilatlarının fəaliyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Allianssi təşkilatının nümayəndə heyəti həmçinin Qubaya səfər edib, burada yerli gənclərlə görüş keçirib. Gənclər və idman nazirinin müavini İntiqam Babayev, idarə rəisi Fərhad Hacıyev, Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli ilə görüşən fin gənclər İçəri şəhər, Qız qalası və Şirvanşahlar sarayında da olublar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR