Bank Of Baku

Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə ANAMA arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə ANAMA arasında anlaşma memorandumu imzalanıb
# 18 dekabr 2007 12:30 (UTC +04:00)
Bakıda Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) arasında Mina/MPQ (Münaribənin partlayıcı qalıqlırı) hadisələri və qurbanları, eləcə də minadan zərər çəkmiş şəxslərin ehtiyacları haqqında məlumatların toplanması sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. APA-nın məlumatına görə, AzQAC-ın sədri Novruz Aslan anlaşma memorandumunda minadan zərər çəkənlər barədə məlumatların toplanması və onlara yardımların göstərilməsi kimi məsələlərdə əməkdaşlığın nəzərdə tutulduğunu bildirib. AzQAC tərəfindən 2005-ci ildən bu günə qədər 35 kənddə uşaqlar üçün “Təhlükəsiz oyun meydançaları” yaradıldığını deyən N. Aslan birgə fəaliyyətin problemin aradan qaldırılmasında mühüm rol oynayacağını vurğulayıb. ANAMA-nın baş direktoru Nazim İsmayılov isə Azərbaycanda 3 min nəfərin minadan zərər çəkdiyini, bunlardan 500 nəfərin isə həlak olduğunu qeyd edib. Onun sözlərinə görə, ANAMA 2001-ci ildən bu günə qədər 50 milyon kvadrat metr ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyib: “Minalanmış ərazilərin xəritələri bizə verilmədiyindən əməliyyatlar zamanı çətinliklərlə üzləşirik. Təcrübələr göstərir ki, xəritələr olmadan bu cür ərazilərin təmizlənməsi 15-20 il vaxt tələb edir”. N. İsmayılov mina qurbanları arasında uşaqların da çox olduğunu bildirib. ANAMA direktorunun sözlərinə görə, mina risklərinin azaldılması məqsədi ilə cəbhə xəttinə yaxın ərazilərdə məktəblilər arasında maarifləndirmə tədbirləri həyata keçirilir. ANAMA tərəfindən bu günə qədər 1200 məktəbdə maarifləndirmə işləri aparılıb, 60 mindən artıq kitab nəşr edilərək şagirdlərə paylanılıb. Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Martin Amaşer isə minalanmış ərazilərin xəritəsinin olmamasını mina risklərinin qalmasında əsas problem hesab etdiyini deyib. Dünya ölkələrinin piyadalar əleyhinə minaların qadağan edilməsi istiqamətində işlər apardığını vurğulayan BQXK rəsmisi mina əleyhinə birgə mübarizənin effektiv nəticələr verəcəyini bildirib. Tədbirdə qeyd olunub ki, mina qurbanlarının ehtiyacları öyrəniləndən sonra onlara hansı yardımların və köməkliklərin göstərilməsi məsələsinə baxılacaq. Bu köməkliklər mina qurbanlarının psixoreabilitasiyası, onlara humanitar yardımların göstərilməsi, işlə təminatı və s. şəklində ola bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR