Bank Of Baku

ANAMA gələn il mina təmizləmə əməliyyatlarında istifadə olunan 1 ədəd “Bozena” maşını və bir neçə minaaxtaran it alacaq

ANAMA gələn il mina təmizləmə əməliyyatlarında istifadə olunan 1 ədəd “Bozena” maşını və bir neçə minaaxtaran it alacaq
# 19 dekabr 2007 07:17 (UTC +04:00)
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2008-ci ildə yeni texnikalar və minaaxtaran itlər almağı planlaşdırır. Bu barədə APA-ya açıqlamasında ANAMA-nın baş direktoru Nazim İsmayılov məlumat verib.
ANAMA-nın potensialını artıracağını deyən N. İsmayılov gələn il mina təmizləmə əməliyyatlarında istifadə olunan 1 ədəd “Bozena” maşını, 6 və ya 8 öyrədilmiş minaaxtaran it alınacağını bildirib. Bundan başqa, gündəlik əməliyyatlar aparmaq üçün detektorların, partlayıcı maddələrin, gündəlik işlərdə istifadə olunan materialların alınması, həmçinin qoruyucu geyimlərin yeniləşdirilməsi, təlim bazalarında avadanlıqların dəyişdirilməsi nəzərdə tutulur.
Qeyd edək Ki, ANAMA 1999-cu ildə yaradılıb, 2001-ci ildən Azərbaycan ərazisində mina və partlamamış hərbi sursatların tapılıb zərərsizləşdirilməsi ilə məşğuldur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR