Bank Of Baku

Səbayel rayonunda Qurban bayramı münasibətilə tədbirlər keçirilib

Səbayel rayonunda Qurban bayramı münasibətilə tədbirlər keçirilib
# 20 dekabr 2007 09:02 (UTC +04:00)
Səbayel rayonunda Qurban bayramı münasibətilə tədbirlər keçirilib. Səbayel Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayondakı müxtəlif idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən Qurban bayramı ilə əlaqədar qurbanlar kəsilməsi təşkil olunub. Səbayel RİH-in ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri İsrafil Kərimovun APA-ya verdiyi məlumata görə, Qarabağ Əlilləri, Müharibə Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Səbayel rayon şöbəsində təşkil olunan mərasimi açıq elan edən RİH başçısı Sahib Ələkbərov tədbir iştirakçılarını Qurban bayramı münasibəti ilə təbrik edib, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini qeyd edib. Qurban bayramı ilə əlaqədar rayonda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, II Dünya Müharibəsi veteranlarına, qaçqınlara, ərazidə yerləşən 27 yataqxanada kompakt məskunlaşan məcburi köçün ailələrinə, kimsəsizlərə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə qurban payları paylanıb. Qurban bayramı ilə əlaqədar analoji tədbirlər Səbayel rayonunun Badamdar və Bibiheybət qəsəbələrində də keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR