Bank Of Baku

Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayev: “Azərbaycanda 1,6 milyon nəfər sığorta olunan şəxs var”

Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayev: “Azərbaycanda 1,6 milyon nəfər sığorta olunan şəxs var”
# 20 dekabr 2007 09:28 (UTC +04:00)
APA-nın Qərb bürosunun məlumatına görə, bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun Samux rayon şöbəsinin yeni inzibati binasının açılış mərasimində iştirak edən DSMF-in sədr müavini Zakir Babayev söyləyib. O, təmsil etdiyi qurumun Dünya Bankı ilə kredit sazişi bağladığını deyib: “Bu saziş əsasında Dünya Bankı bizə 5 milyon ABŞ dolları məbləğində kredit verib. Bu vəsait Azərbaycanda pensiya islahatlarının aparılması, inzibati binaların tikilməsi və müasir kompüter avadanlıqlarının alınmasında istifadə edilir. Gələn ilin sonunadək ölkənin 60 rayon və şəhərində Dövlət Sosial Müdafiə Fondunun şöbələrinin yeni inzibati binalarının tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Biz yeni inzibati binalarda müasir komputer sistemini qurmaqla gələcəkdə fərdi uçot sistemi quracağıq ki, buda insanların pensiya təminatında onların ödədikləri sosial sığorta artımları ilə aldıqları pensiya məbləği arasında birbaşa əlaqənin qurulması deməkdir”. Zakir Babayev Azərbaycanda 1,6 milyon nəfər sığorta olunmuş şəxs olduğunu bildirib: “Bu şəxslər Dövlət Sosial Müdafiə Fondunun uçotundadır. Onların 1 milyon 400 min nəfərini biz fərdi uçot sisteminə cəlb etmişik. Artıq qeydiyyatda olanların 1 milyon 250 min nəfərinə sosial sığorta şəhadətnaməsi vermişik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR