Bank Of Baku

Naxçıvana yeni ekskavatorlar və sanitar-təmizlik maşınları gətirilib

Naxçıvana yeni ekskavatorlar və sanitar-təmizlik maşınları gətirilib
# 22 dekabr 2007 09:12 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasına kommunal sahədə istifadə üçün nəzərdə tutulmuş 14 ədəd yeni texnika gətirilib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, 1 milyon 162 min dollar dəyərində olan texnikanın 7-si ekskavator, digərləri isə sanitar-təmizlik maşınlarıdır. “JAT-432” markalı ekskavatorlar ABŞ istehsalıdır, 3,2 ton yük qaldıra və 4,3 metr dərinliyə qədər qaza bilir. “JAT-432”nin buldozer funksiyası daşıması qış aylarında qar basmış yolların təmizlənməsinə də imkan verəcək. Türkiyədə istehsal olunan VMJ markalı sanitar-təmizlik maşınlarının isə ümumi tutumu 12 kubmetr, yükgötürmə qabiliyyəti 17 tondur. Ekskavator və sanitar təmizlik-maşınlarının açarları Muxtar Respublikanın 7 şəhər və rayon rəhbərliyinə təqdim edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR