Bank Of Baku

DİN-in şəxsi heyətinin topladığı 64 min manat vəsait qaçqın və məcburi köçkünlərə paylanıb

DİN-in şəxsi heyətinin topladığı 64 min manat vəsait qaçqın və məcburi köçkünlərə paylanıb
# 22 dekabr 2007 11:09 (UTC +04:00)
Daxili işlər nazirinin müavini Əsgər Ələkbərovun başçılıq etdiyi nümayəndə heyəti Qurban bayramı ilə əlaqədar Sabirabad rayonunun Şəhriyar və Qalağayın düşərgələrində məskunlaşan qaçqın və məcburi köçkünlərlə görüşüb. DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun APA-ya verdiyi məlumata görə, Ə. Ələkbərov görüşdə çıxış edərək nazir Ramil Usubovun Qurban bayramı ilə bağlı təbriklərini çatdırıb. Daha sonra DİN-in şəxsi heyətinin könüllülük prinsipi əsasında öz vəsaitləri hesabına topladıqları 64 min manatın 50 min manatı Şəhriyar və Qalağayın düşərgələrində məskunlaşan qaçqın və məcburi köçkünlərə paylanıb. Vəsaitin yerdə qalan hissəsi isə Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayan qaçqın və məcburi köçkünlərə çatdırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR