Bank Of Baku

Azərbaycanın Lerik rayonunun 110 yaşlı sakininin yubileyi qeyd olunub

Azərbaycanın Lerik rayonunun 110 yaşlı sakininin yubileyi qeyd olunub
# 08 yanvar 2008 09:42 (UTC +04:00)
APA-nın Cənub bürosunun məlumatına görə, mərasimdə yubilyarın övladları, nəvə-nəticələri, qonşu kəndlərdən olan həmyaşıdları iştirak ediblər. Üç əsrin şahidi olan Məhbubə Fətullayevanın 10 övladı, 50-dən çox nəvə-nəticə və kötükcəsi var. Xalça, palaz, xurcun, corab və digər əşyalar toxuyan Məhbubə nənə bu qədim sənətin incəliklərini qız-gəlinlərinə də öyrədib. Məhbubə Fətullayeva APA-nın Cənub bölgə müxbiri ilə söhbətində insanlara ən şirin nemət olan can sağlığı və uzun ömür arzulayıb: “Ən böyük arzum isə düşmən tapdağı altında qalmış torpaqlarımızın tezliklə işğaldan azad edilməsi, qaçqın və köçkün bacı-qardaşlarımızın dədə-baba yurdlarına qayıtmasıdır. Allah Azərbaycana firavanlıq, bu ölkənin vətəndaşlarına isə şən və bəxtiyar həyat nəsib eləsin”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR