Bank Of Baku

Moskva Baytarlıq Akademiyasının əməkdaşları Naxçıvanda treninq keçiriblər

Moskva Baytarlıq Akademiyasının əməkdaşları Naxçıvanda treninq keçiriblər
# 21 yanvar 2008 13:35 (UTC +04:00)
Moskva Baytarlıq Akademiyasının əməkdaşları Naxçıvanda treninq keçiriblər. Muxtar Respublikanın Kənd Təsərrüfatı Nazirliyindən APA-ya verilən məlumata görə, bir həftə davam edən treninqlərdə Naxçıvan Baytarlıq Laboratoriyasında yerləşən müayinə aparatlarının montajı həyata keçirilib. Rusiyalı mütəxəssislər yerli baytarlara yeni quraşdırılan aparatlardan istifadə qaydalarını izah edərək sınaq təcrübələri aparıblar. Qonaqlar, həmçinin yeni yaradılan, “Quş qripi” virusunun aşkarlanmasına imkan verən laboratoriyada yerli mütəxəssislər qarşısında elmi mühazirələrlə çıxış ediblər. Qeyd edək ki, ötən ay Naxçıvanda Yaponiya hökumətinin dəstəyi ilə yeni laboratoriya yaradılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR