Bank Of Baku

Son bir neçə il ərzində Azərbaycanda canavarların sayının artması narahatlıq yaradıb

Son bir neçə il ərzində Azərbaycanda canavarların sayının artması narahatlıq yaradıb
# 22 yanvar 2008 08:57 (UTC +04:00)
Rayonun İranla sərhəddə yerləşən Böyük Bəhmənli kəndində isə ötən həftə sakinlər mal-qaraya hücum edən bir neçə canavarı öldürüb. Sakinlərin sözlərinə görə, hələ ki, canavarların insanlara hücum etməsi faktı qeydə alınmayıb.
Azərbaycan Ovçular Cəmiyyətləri İttifaqının sədri Ramazan İsmayılov da APA-ya açıqlamasında son bir neçə il ərzində Azərbaycanda canavarların sayının artdığını deyib. R.İsmayılovun sözlərinə görə, Azərbaycanın canavarların ovlanmasının qadağan edilməsinə dair Avropa Konvensiyasına qoşulduğundan bu heyvanların ovlanması ovçulara qadağan edilib: “Canavarı ovlayan şəxs böyük məbləğdə cərimələnir. Hətta barəsində həbs-qətimkan tədbirləri də görülür”.
R.İsmayılov bəzi rayonların əhalisindən canavarların təsərrüfatlara ziyan vurması, insanlara hücumları ilə bağlı müraciətlər olduğunu bildirib: “Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişik ki, canavarların ovlanmasına icazə verilməsi üçün parlament qarşısında məsələ qaldırsın. Azərbaycanın bu konvensiyadan çıxması lazımdır”.
R.İsmayılovun sözlərinə görə, canavarlara daha çox Abşeron, Şamaxı, Biləsuvar, Lənkəran, Şəki, Zaqatala və cəbhəyanı rayonlarda rast gəlinir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR