Bank Of Baku

“Türk yenilməz, Çanaqqala keçilməz” devizi altında yazı müsabiqəsi keçiriləcək

“Türk yenilməz, Çanaqqala keçilməz” devizi altında yazı müsabiqəsi keçiriləcək
# 22 yanvar 2008 12:18 (UTC +04:00)
Bu gün “Müasir İnkişaf” İctimai Birliyinin təşəbbüsü ilə “Türk yenilməz, Çanaqqala keçilməz” devizi altında təşkil edilən yazı müsabiqəsinə həsr olunmuş mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, birliyin sədri Mübariz Aşırlı bildirib ki, Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə jurnalistlər və tarixçi tədqiqatçılar arasında keçiriləcək müsabiqədə Çanaqqala müharibəsinin mahiyyəti və əhəmiyyətindən bəhs olunacaq. O, qalib gələn müsabiqə iştirakçılarının mükafatlandırılacağını deyib: “Bu cür tədbirlərin keçirilməsində məqsəd Azərbaycan-Türkiyə əlaqələrini inkişaf etdirmək və cəmiyyəti bu prosesdə iştiraka cəlb etməkdir”. Türkiyə səfirliyinin əməkdaşı Cəvahir Akdəmir isə Çanaqqala müharibəsinin əhəmiyyətindən danışaraq Azərbaycanda bu tarixi hadisəyə önəm verilməsini təqdirəlayiq adlandırıb.
Qeyd edək ki, müsabiqəyə yanvarın 22-də start verilib. Yazılar martın 5-nə qədər təqdim oluna bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR