Bank Of Baku

Saxta məhsul istifadəçilərinin müəyyənləşdirilməsi ilə bağlı monitorinq keçiriləcək

Saxta məhsul istifadəçilərinin müəyyənləşdirilməsi ilə bağlı monitorinq keçiriləcək
# 24 yanvar 2008 10:02 (UTC +04:00)
Bazarda sağlam rəqabət prinsiplərinin təmin edilməsi, əqli mülkiyyətə əsaslanan sahibkarlıq hüquqlarının pozulması, bu sahədə hüquq pozuntularının qarşısını alınması, həmçinin buraxılan saxta məhsul istifadəçilərinin müəyyən edilməsi məqsədilə ölkə ərazisində audio-video, eləcə də kitab satışı məsələsində, həmin məhsulların istifadə olunduğu yerlərdə daimi monitorinq-baxışların keçirilməsi planlaşdırılıb. Bu barədə APA-ya Azərbaycan Müəllif Hüquqları Agentliyinin informasiya sektorunun rəhbəri Anar Hüseynov məlumat verib. Onun sözlərinə görə, bu ildən etibarən Bakıda və Azərbaycanın digər iri şəhərlərində monitorinqlər keçiriləcək. Monitorinqlərdə hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR