Bank Of Baku

Azərbaycan Qadın Hüquqlarının Müdafiə Cəmiyyəti “Azərbaycan Ailə Məcəlləsində və beynəlxalq təcrübədə aliment” mövzusunda layihə həyata keçirir

Azərbaycan Qadın Hüquqlarının Müdafiə Cəmiyyəti “Azərbaycan Ailə Məcəlləsində və beynəlxalq təcrübədə aliment” mövzusunda layihə həyata keçirir
# 24 yanvar 2008 10:45 (UTC +04:00)
Dilarə Əliyev adına Azərbaycan Qadın Hüquqlarının Müdafiə Cəmiyyəti “Ailə Məcəlləsində aliment, alimentin alınma prosesində olan problemlər, beynəlxalq təcrübədə aliment, “Aliment sosial problemdir və təminatı dövlət öz üzərinə götürməlidir” məsələsinin debat yolu ilə ictimai müzakirəsinin təşkili” layihəsinin icrasına başlayıb. APA-nın məlumatına görə, bu gün layihənin təqdimatı keçirilib. Cəmiyyətinin koordinatoru Cəmilə Səmədova bildirib ki, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi ilə keçirilən layihənin əsas məqsədi Azərbaycanda başçısı olmayan ailələrin, xüsusilə alimentə ehtiyacı olan uşaqların maddi durumunun müəyyənləşdirilməsi və problemin debat yolu ilə ictimai müzakirəsini təşkil etməklə həm cəmiyyət, həm də dövləti mövcud problemin həllinə cəlb etməkdir. Layihə çərçivəsində sosioloji sorğular keçiriləcək, debatlar təşkil olunacaq. Təşkilat sonda mövzu ilə bağlı təkliflər paketi hazırlayaraq Milli Məclisə təqdim edəcək, ilkin nəticələr kitab şəklində nəşr olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR