Bank Of Baku

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru: “Qədim yaşayış məskənlərinin adlarının müasirləşdirilməsi cəhdləri savadsızlıqdan irəli gəlir”

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru: “Qədim yaşayış məskənlərinin adlarının müasirləşdirilməsi cəhdləri savadsızlıqdan irəli gəlir”
# 24 yanvar 2008 12:59 (UTC +04:00)
“Azərbaycanda qədim yaşayış məskənlərinin adlarının müasirləşdirilməsi cəhdləri savadsızlıqdan irəli gəlir”. APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru, Milli Məclis yanında toponimiya komissiyasının sədri Budaq Budaqov deyib. O, rayon İcra hakimiyyəti başçılarını və deputatları qədim yaşayış məskənlərinin adlarının dəyişdirilməsi ilə bağlı təkliflərlə çıxış etməməyə çağırıb: “Sovet dövründə qoyulmuş qeyri-müəyyən adları olan yaşayış məskənlərinin adlarının dəyişdirilməsi zəruridir. Amma qədim yaşayış yerlərinin adlarını yenisi ilə əvəzləmək olmaz. Bu yaxınlarda cənub bölgəsində bəzi yaşayış məskənlərinin adlarının dəyişdirilməsi ilə bağlı məsələ Milli Məclisin iclasında müzakirə olundu. Adın dəyişilməsi ilə bağlı müraciət bizə də göndərildi və təklifi rədd etdik. Təklifi verənlər istəyirdilər ki, yaşayış məskənlərinin qədim adları müasir talış danışıq dilindəki sözlərlə əvəzlənsin. Belə qərar gəlmişik ki, belə təklifləri qəbul etməyək”. B. Budaqov Gürcüstanla Azərbaycan arasında “Keşişçi dağı” monastır kompleksi ilə əlaqədar yaranan mübahisəyə də münasibət bildirib: “Bu məsələnin mətbuatın müzakirəyə çıxarılmasının tərəfdarı deyiləm. Əgər belə anlaşılmazlıq varsa, bunu yerindəcə həll etmək lazımdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR