Bank Of Baku

“Gender haqqında” qanunun təsiri” mövzusunda yazı müsabiqəsi keçiriləcək

“Gender haqqında” qanunun təsiri”  mövzusunda yazı müsabiqəsi keçiriləcək
# 24 yanvar 2008 14:40 (UTC +04:00)
Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi (AQASİM) Qadınlar üçün Qlobal Fondun dəstəyi ilə “Gender haqqında” qanunun təsiri: son bir ildə qadınların ictimai həyatında baş vermiş dəyişikliklər” mövzusunda müsabiqə elan edib. AQASİM-dən APA-ya verilən məlumata görə, müsabiqədə məqsəd Milli Məclis tərəfindən qəbul olunan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunun qadınlar üçün yaratdığı perspektivlərə diqqət yönəltməkdir. Müsabiqədə rəsmi statistikaya əsaslanan, digər postsovet ölkələrinin gender qanunları ilə müqayisənin əksini tapdığı maarifləndirici xarakterli araşdırmalara üstünlük veriləcək. Yanvarın 25-də başlayacaq müsabiqə 2 ay davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR