Bank Of Baku

Naxçıvan-Bakı-Naxçıvan aviareyslərində nəzərdə tutulan güzəştlər Naxçıvanda qeydiyyatda olmayan tələbələrə də şamil edilir

Naxçıvan-Bakı-Naxçıvan aviareyslərində nəzərdə tutulan güzəştlər Naxçıvanda qeydiyyatda olmayan tələbələrə də şamil edilir
# 24 yanvar 2008 15:25 (UTC +04:00)
Bu ildən Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olmayan tələbələrə Naxçıvan-Bakı-Naxçıvan aviareyslərindən istifadə zamanı nəzərdə tutulan güzəştlərin tətbiqinə başlanılıb. APA-nın məlumatına görə, artıq tələbələr aviabiletləri güzəştli qiymətləri ilə ala biləcəklər. Naxçıvandakı aviakassalardan məlumatı təsdiqləyərək bildiriblər ki, aviabiletlər Muxtar Respublikada qeydiyyatda olan və olmayan bütün tələbələrə iki dəfə olmaqla 30 manata satılır. Biletin tam qiyməti isə 40 manatdır.
Qeyd edək ki, güzəştin Naxçıvanda qeydiyyatda olmayan tələbələrə tətbiqi ötən ilin avqustda dayandırılmışdı. Güzəşt Naxçıvan-Gənjə-Naxçıvan reyslərinə də şamil olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR