Bank Of Baku

Naxçıvanda yay otlaqlarının pasportlaşdırılmasına başlanılacaq

Naxçıvanda yay otlaqlarının pasportlaşdırılmasına başlanılacaq
# 24 yanvar 2008 15:32 (UTC +04:00)
Bu ildən Naxçıvan Muxtar Respublikasındakı yaylaqların pasportlaşdırılmasına başlanılacaq. MR-ın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən APA-ya verilən məlumata görə, artıq otlaqların bölgüsü aparılıb. Yeni bölgü əsasında yay otlaq sahələrinin pasportlaşdırılması üçün yaylaqların ərazisindəki torpaq növlərinin yeni qeydiyyatı və uçotu da artıq başa çatıb. Qeyd edək ki, regionun yay otaqlarının pasportlaşdırılması Naxçıvan MR Ali Məclisi sədri Vasif Talıbovun 27 may 2004-cü il tarixli sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşdırılmasının qarşısının alınmasına dair Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR