Bank Of Baku

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda yeni yataq modelləşdirilməsi qrupu yaradılacaq

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda yeni yataq modelləşdirilməsi qrupu yaradılacaq
# 24 yanvar 2008 16:28 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunda yeni yataq modelləşdirilməsi qrupu yaradılacaq. Bu barədə APA-ya bp-Azərbaycan şirkətinin mətbuat xidmətindən məlumat verilib. Qrup Abşeron yarımadasının sahilyanı və quru ərazilərindəki mövcud quyu və seysmik məlumatlardan istifadə edərək, ərazinin inteqrasiya edilmiş yataq modelini hazırlayacaq. Yatağın modelləşdirilməsi üzrə birgə layihənin maliyyələşdirilməsi, o cümlədən proqram təminatı, kompüter avadanlığı, layihə üzrə məsləhətçilərin və işçi heyətin əmək haqları, təlimlər və müvafiq xidmətlərin ödənilməsi üçün BP şirkəti 550 000 ABŞ dolları məbləğində vəsait ayıracaq. AMEA layihənin həyata keçirilməsi üçün yerli mütəxəssisləri cəlb edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR