Bank Of Baku

Gəncə şəhər Baytarlıq İdarəsi üçün yeni inzibati bina tikiləcək

Gəncə şəhər Baytarlıq İdarəsi üçün yeni inzibati bina tikiləcək
# 25 yanvar 2008 09:41 (UTC +04:00)
Gəncə şəhər Baytarlıq İdarəsi üçün yeni inzibati bina tikiləcək. Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü tikiləcək yeni binada dezinfeksiya şöbəsinin və diaqnostika mərkəzinin yaradılması nəzərdə tutulub. Gəncə şəhər Baytarlıq İdarəsinin rəis müavini İmamverdi Bayramovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, əvvəlki inzibati binanın yerində ucaldılacaq yeni binanın tikintisinə bu ilin martında başlanacaq. Binada bütün şöbələrlə yanaşı şəhərin ayrı-ayrı yerlərində fəaliyyət göstərən həkimlər üçün də otaqlar ayrılacaq. Qeyd edək ki, Gəncə kənd təsərrüfatı məhsullarını yoxlamaq üçün Baytarlıq İdarəsi nəzdində 7 laboratoriya fəaliyyət göstərir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR