Bank Of Baku

Sədərək Gömrükxanasında baytar-karantin xidmətinin iş rejimi gücləndirilib

Sədərək Gömrükxanasında baytar-karantin xidmətinin iş rejimi gücləndirilib
# 25 yanvar 2008 13:19 (UTC +04:00)
Sədərək rayon Gömrükxanasındakı baytar-karantin xidməti gücləndirilmiş iş rejiminə keçib. Muxtar Respublikanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən APA-ya verilən məlumata görə, Türkiyədə “Quş qripi” virusunun aşkarlanması ilə bağlı Sədərək Gömrükxanası ilə yanaşı bütün sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilib. Naxçıvana gətirilən yüklərə ciddi nəzarət olunur, lazımi dezinfeksiya tədbirləri həyata keçirilir. Xidmətdən son vaxtlarda keçid məntəqələrində quş əti məhsullarının idxalına rast gəlinmədiyi, buna səbəb kimi, yerli istehsalın artması, yeni quşçuluq zavod və sexlərinin istifadəyə verilməsi göstərilib. Qeyd edək ki, 2007-ci ilin dekabrında Naxçıvanda Yaponiya hökumətinin dəstəyi ilə yeni laboratoriya yaradılıb. Laboratoriyada “Quş qripi” ilə yanaşı, 96 növ heyvan mənşəli xəstəliyin müayinəsi mümkündür. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR