Bank Of Baku

Gədəbəydə qış üçün tədarük olunan kənd təsərrüfatı məhsullarını don vurub

Gədəbəydə qış üçün tədarük olunan kənd təsərrüfatı məhsullarını don vurub
# 25 yanvar 2008 15:17 (UTC +04:00)
Gədəbəydə havaların şaxtalı keçməsi nəticəsində kənd təsərrüfatına ciddi ziyan dəyib. Rayon sakinləri APA-nın qərb bürosuna bildiriblər ki, havaların kəskin soyuması nəticəsində qış üçün tədarük olunmuş kartof, kələm və digər kənd təsərrüfatı məhsullarını don vurub. Gədəbəy rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Sədaqət Abbasov APA-nın qərb bürosuna havaların şaxtalı keçməsi ilə əlaqədar əhalinin qış üçün tədarük etdiyi məhsullara ziyan dəydiyini bildirib. S. Abbasov deyib ki, hələlik dəyən ziyanın məbləğini tam müəyyənləşdirmək mümkün olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR