Bank Of Baku

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Azərbaycan üzrə əlaqələndiricisinin Bakıya səfəri başa çatıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Azərbaycan üzrə əlaqələndiricisinin Bakıya səfəri başa çatıb
# 25 yanvar 2008 16:22 (UTC +04:00)
Yanvarın 22-də Bakıya gələn Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Texniki Əməkdaşlıq Proqramının Azərbaycan üzrə əlaqələndiricisi Andrey Çupovun Bakıya səfəri bu gün başa çatıb. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) APA-ya bildirilib ki, səfər zamanı Texniki Əməkdaşlıq Proqramı çərçivəsində yerinə yetirilən layihələrin icrasının vəziyyəti müzakirə olunub. A. Çupov Azərbaycan Nazirlər Kabineti, Dövlət Gömrük Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AMEA və Milli Onkologiya Mərkəzində görüşlər keçirib. Yanvarın 23-də AMEA Radiasiya Problemləri İnstitutunun rəhbərliyinin iştirakı ilə Nazirlər Kabinetində keçirilən görüşdə institutun təqdim etdiyi iki layihə müzakirə olunub. Layihələrdə qida məhsulları, dərman bitkiləri, tibbi material və vasitələr, həmçinin digər kənd təsərrüfatı məhsullarının radiasion sterilizasiyası üçün “Qamma şüalanma kompleksinin” yaradılması nəzərdə tutulur. Sənədlərdə respublika üçün xüsusi strateji əhəmiyyət kəsb edən tədqiqat nüvə reaktorunun qurulması da əks olunub. Hər iki layihənin həyata keçirilməsi üçün Azərbaycan hökuməti və AEBA arasında ilkin razılıq əldə edilib və layihələrin icra mərhələləri müəyyənləşdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR