Bank Of Baku

Azərbaycanda rəsmi işsiz statusu alanların sayı yanvarın 1-nə 50 651 nəfərə çatıb

Azərbaycanda rəsmi işsiz statusu alanların sayı yanvarın 1-nə 50 651 nəfərə çatıb
# 26 yanvar 2008 10:28 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2007-ci ilin yanvar-noyabr aylarında ölkənin müəssisə və təşkilatlarında muzdla çalışan işçilərin siyahı sayı 1 363,5 min nəfər təşkil edib, orta siyahı sayı isə 1 308,6 min nəfər olub. Onların 852,1 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 456,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Muzdla işləyənlərin 20,8%-i istehsal sahələrində, 13,3%-i sənayedə, 4,7%-i tikintidə, 2,8%-i kənd təsərrüfatı, ovçuluq, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olublar. Xidmət sahəsində çalışanların 25,4%-i təhsil, 20,1%-i topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 10,1%-i səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8%-i nəqliyyat, anbar təsərrüfatı və rabitə, 5,8%-i digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi, 4,8%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi, 3,9%-i dövlət idarəetməsi və müdafiə sahəsində, 2,3%-i isə digər sahələrdə cəmlənib.
Ötən ilin yanvar-noyabr aylarında müəssisə və təşkilatlarda 5 min nəfər əcnəbi iqtisadi əmək fəaliyyəti ilə məşğul olub. Əcnəbilərin 1,4 min nəfəri sənayedə, 1,3 min nəfəri tikintidə, 1,1 min nəfəri daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində, 0,6 min nəfəri topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri sahəsində, 0,3 min nəfəri təhsildə, 0,1 min nəfəri nəqliyyat, anbar təsərrüfatı və rabitə sahəsində və 0,2 min nəfəri digər sahələrdə işləyib.
Ötən ilin 10 ayında isə müəssisə və təşkilatlarda tutulan iş yerlərinin ümumi sayında kənar əvəzçilərin sayı 0,6% və mülki-hüququ xarakterli müqavilələr əsasında işləri yerinə yetirən şəxslərin sayı 1,3% təşkil edib. Əvəzçilərin və mülki-hüququ xarakterli müqavilələr əsasında işləyənlərin əksəriyyəti tikintidə, təhsildə, nəqliyyat, anbar təsərrüfatı daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində qeydə alınıb.
Qeyd edək ki, məşğulluq mərkəzlərinin məlumatına görə, 2008-ci ilin yanvar ayının 1-nə ölkə üzrə rəsmi işsiz statusuna malik olan şəxslərin sayı 50 651 nəfər olub, onların 50%-ni qadınlar təşkil edib. Bir boş iş yerinə tələbat işsiz statusuna malik olan 4 nəfər şəxsdən ibarət olub. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR