Bank Of Baku

Azərbaycanda ovçuların 16 mm çaplı güllələr və gilizlərlə təchizatında problemlər var

Azərbaycanda ovçuların 16 mm çaplı güllələr və gilizlərlə təchizatında problemlər var
# 26 yanvar 2008 10:42 (UTC +04:00)
Azərbaycanda ovçuların 16 mm çaplı güllələr və gilizlərlə təchizatında problemlər var. Bunu APA-ya Azərbaycan Ovçular Cəmiyyətləri İttifaqının sədri Ramazan İsmayılov bildirib. R.İsmayılovun sözlərinə görə, bu Rusiyadan ov silahlarının, xüsusilə də güllələrin (gilizlərin) ölkəyə gətirilməsində yaranmış müəyyən problemlərlə bağlıdır: “Ölkədə ov tüfəngləri üçün gilizlərin və güllələrin hazırlanmaması bu sahədə müəyyən problemlər yaradıb. Ovçuların böyük əksəriyyətində olan tüfənglər 16 mm çaplıdır. Bu gün demək olar ki, 16 mm çaplı gilizlər tapılmır”.
Qeyd edək ki, hazırda Azərbaycanda Ovçular İttifaqında qeydiyyatdan keçmiş 21 mindən artıq ovçu var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR