Bank Of Baku

“Gənc Liderlər” Uşaq Təşkilatının sədri ABŞ səfirinin müşaviri ilə görüşüb

“Gənc Liderlər” Uşaq Təşkilatının sədri ABŞ səfirinin müşaviri ilə görüşüb
# 27 yanvar 2008 12:05 (UTC +04:00)
“Gənc Liderlər” Uşaq Təşkilatının sədri Fərid Şahbazlı qurumun ofisində ABŞ səfirinin siyasi məsələlər və din azadlığı üzrə müşaviri Cef Benetlə görüşüb. Təşkilatdan APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycanda uşaq və yeniyetmələr arasında dini durumun vəziyyəti müzakirə olunub. F. Şahbazlı son zamanlar ölkəmizdə mövcud olan dini tolerantlıqdan istifadə edib, uşaqlar arasında radikal dini təriqətlərin dəyərlərini yaymaq istəyən qüvvələrin çoxaldığını qeyd edib. O, son aylarda vəhhabilərin də fəallaşdığını bildirərək, Azərbaycan hakimiyyətinin bu sahədəki fəaliyyətinin məqsədəuyğun olduğunu deyib.
“Azərbaycanda uşaq və gənclər arasında dini durumun vəziyyəti daim ABŞ səfirliyinin diqqətindədir” deyən ABŞ səfirinin siyasi məsələlər və din azadlığı üzrə müşaviri Cef Benet “Gənc Liderlər”in dini durumla bağlı son bəyanatında yer alan fikirlərin onları ciddi narahat etdiyini diqqətə çatdırıb. C.Benet Azərbaycanda dini sabitliyin möhkəm olduğunu, bu sabitliyi pozmaq istəyənlərə qarşı gənclər arasında maarifləndirici tədbirlərin həyata keçirilməsini vacib sayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR