Bank Of Baku

Əyyaşlıqla mübarizə üçün beynəlxalq strategiya hazırlanacaq

Əyyaşlıqla mübarizə üçün beynəlxalq strategiya hazırlanacaq
# 28 yanvar 2008 08:34 (UTC +04:00)
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədə keçirilmiş 122-ci sessiyasında alkoqolun zərəri məsələsi müzakirə olunub. APA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, sessiyada əyyaşlıqla mübarizə üçün beynəlxalq səviyyədə strategiyanın hazırlanmasına dair qətnamə qəbul edilib. ÜST ekspertləri hesab edir ki, alkoqoldan həddindən artıq istifadə əhalinin sağlamlığına ziyandır, vaxtsız ölümün və əlilliyin əsas səbəblərindən biridir. Hər il əyyaşlıqla bağlı xəstəliklər və travmalardan 2,3 milyon insan dünyasını dəyişir. Alkoqoldan həddindən artıq istifadə etmək psixonevroloji və digər infeksion xəstəliklərin, eləcə də ürək-damar xəstəliklərinin, qara ciyərin serrozu və xərçəngin müxtəlif növlərinə tutulmaq riskini artırır. Bundan başqa, bir sıra travmalar, o cümlədən yol-nəqliyyat hadisələrinin baş verməsi də spirtli içkilərə aludəliklə bağlıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR