Bank Of Baku

“Uşaqların dostu” adlandırılması üçün Azərbaycandan bir qrup millət vəkili, ictimai xadim və media qurumunun siyahısı UNİCEF-ə göndərilib

“Uşaqların dostu” adlandırılması üçün Azərbaycandan bir qrup millət vəkili, ictimai xadim və media qurumunun siyahısı UNİCEF-ə göndərilib
# 28 yanvar 2008 11:55 (UTC +04:00)
“Gənc liderlər” Uşaq Təşkilatı dünya üzrə “Uşaqların dostu” adlandırılması üçün Azərbaycanın bir qrup millət vəkili, ictimai xadimi və media qurumunun siyahısını BMT-nin Uşaq Fonduna (UNİCEF) göndərib. Təşkilatın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, siyahıda uşaq hüquqlarının qorunmasında, onların problemlərinin həllində fəallıq gösitərən şəxs və qurumların adı yer alıb. Siyahıya millət vəkilləri Mehriban Əliyeva, Elmira Axundova və Nizami Cəfərov, Bakı şəhər Baş polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun adları, APA, Azərtac agentlikləri, “Şərq”, “Üç nöqtə”, “Həftə içi” qəzetləri, Lider TV-nin “Səda” xəbərlər proqram edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR