Bank Of Baku

“Azərbaycan kənd investisiya layihəsi” çərçivəsində Naxçıvanda 49 icma layihəsi həyata keçiriləcək

“Azərbaycan kənd investisiya layihəsi” çərçivəsində Naxçıvanda 49 icma layihəsi həyata keçiriləcək
# 28 yanvar 2008 13:59 (UTC +04:00)
Bu il Naxçıvan Muxtar Respublikasında (MR) “Azərbaycan kənd investisiya layihəsi” (AKİL) çərçivəsində 49 icma layihəsi icra olunacaq. Bu barədə APA-ya MR Regional Əməliyyatlar Ofisinin rəhbəri Əbülfət Əhmədov məlumat verib. O bildirib ki, ilin əvvəlindən İcma Layihə Komitələrinin (İLK) hazırladığı yeni layihələr bəyənilib və bununla bağlı tenderdə iştirak etmək istəyən hüquqi və fiziki şəxslərin sənədlərinin qəbuluna başlanılıb. Ə. Əhmədov mart ayınadək 26 icma layihəsinin icrasına başlanacağını bildirib: “Yeni layihələrə uyğun olaraq, Muxtar Respublikanın müxtəlif bölgələrinin 26 kəndində tibb ambulatoriyası tikiləcək, içməli və suvarma su sistemlərinin bərpası, habelə elektrik sistemlərinin bərpası və genişləndirilməsi, kənd yollarında bərpa işləri həyata keçiriləcək”. Ofis rəhbəri əlavə edib ki, indiyədək 55 icma layihəsi başa çatıb, 11-i isə icra edilir. Qeyd edək ki, “Azərbaycan Kənd İnvestisiya Layihəsi”ni Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə həyata keçirir. Bu layihə 3 zona üzrə 21 rayonu əhatə edir. Naxçıvanda layihənin icrasına 2005-ci ildən başlanılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR